SON DƏQİQƏ

Azərbaycanda “sükut günü”dür

Tarix:

8-02-2020, 10:33

/ 1 998 dəfə oxundu.
Azərbaycanda “sükut günü”dür

Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08:00-da başa çatıb.

GunAz.az xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

скачать dle 12.1

Şərhlər