SON DƏQİQƏ
» » Sabah Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyası başa çatır

Sabah Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyası başa çatır

Tarix:

7-02-2020, 10:06

/ 1 260 dəfə oxundu.
Sabah Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyası başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt sabah başa çatır.
GunAz.az bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Sabah isə "sükut günü"dür.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ