SON DƏQİQƏ

Bakıda nömrəsiz maşın şütüyür - FOTO

Tarix:

7-02-2020, 14:39

/ 1 460 dəfə oxundu.
Bakıda nömrəsiz maşın şütüyür - FOTO

Bakı-Sumqayıt yolunda sürücü avtomobili dövlət nömrə nişanı olmadan idarə edib.

Sürücünün avtomobili bu vəziyyətdə sürdüyünü əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, "NAZ Lifan” markalı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində hərəkət edib. Onun nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməsi digər sürücülərin diqqətini cəlb edib.

Avtomobilin sürücüsü bu vəziyyətdə həmin yolda yerləşən "Ekologiya postu”nu da keçib.

Xatırladaq ki, bu halda avtomobilin cərimə meydançasına aparılması qanunla tənzimlənir. İXM-nin 96.1.2-cibəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edildiyi hallarda avtomobil saxlanılır və cərimə meydançasına aparılır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ