SON DƏQİQƏ
» » 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Tarix:

4-02-2020, 12:54

/ 1 773 dəfə oxundu.
2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
DİM-dən GunAz.az-a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). "Şəxsi kabinet”in "Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
скачать dle 12.1

Şərhlər