SON DƏQİQƏ
» » Katibələrin «ən sevdiyi» söz: «Rəis ərazidədir»

Katibələrin «ən sevdiyi» söz: «Rəis ərazidədir»

Tarix:

29-01-2020, 21:05

/ 2 727 dəfə oxundu.
Katibələrin «ən sevdiyi» söz: «Rəis ərazidədir»

 

Ancaq nədənsə ərazidə olan rəislər bəzi problemləri görə bilmir, Xətai rayonundakı kimi

 

Xətai rayonunda abadlıq işləri davam edir. Rayona yeni təyin olunmuş icra başçısı Rafiq Quliyev Xətaidə köklü işlər aparır. Belə ki, icra başçısının gördüyü işlər ərazi sakinlərinin ürəyincədir.

Buna baxmayaraq bəzi ərazilər var ki, mənzil istismar sahəsinin rəisləri burada olan çatışmazlıqlara göz yumurlar. Həmin rəislərlə telefonla danışmaq isə müşkül məsələyə çevrilib. Belə ki, «rəis ərazidədir, rəis indi çıxdı, rəis tədbirə gedib» - sözlərini çox eşidirik. Bəs sual oluna bilər ki, rəis əraziyə çıxıbsa və əraziyə baş çəkibsə, orada olan çatışmazlığı nədən gözləri ilə görmür?

Bu yaxınlarda Şıxlinski küçəsi ilə dostumla söhbət edə-edə gəlirdik. Xətai rayon 34 nömrəli seçki dairəsinin yanından keçib, 35 nömrəli polis bölməsindən, səhv etmirəmsə 30-40 metr aralıda bir neçə sakinlər narazılıqla söhbət edirdilər: «Bəyəm buranın MİS-i hara baxır. Hadisə baş verəndə hamı peşmançılıqla bir-birinin üzünə baxır. Hadisənin qarşısını almaq üçün iş görmək lazımdır…».

Yol kənarında bir ağac onun altına iki dirək qoyulmuşdu. Ağacın gövdəsinə böyük mismarlar döşənmişdi. Bir adamın barmağına kiçik mismar batanda onun ağrısına dözmək olmur. Lakin bu ağacın gövdəsinə mismar vurub, altına hasa qoyan adam başa düşməyib ki, bu ağac kötüyündən çıxıb maşının, gəlib-gedən insanların üstünə düşə bilər.

96 nömrəli MİS-in ərazisində yol kənarında belə ağaclara tez-tez rast gəlmək olur. Yaxşı olardı ki, bu kökündən çıxan ağacın MİS-in rəisi Əmiraslanov Əmiraslan yoldaş altındakı dirəyi götürüb, özünü çıxartsın. Yoxsa orada yaşayan insanları fəlakət gözləyir. Ağac kimin başına düşəcək maşınınmı, insanınmı, o bəlli deyil. Əsl fəlakət isə onda qopacaq.

Biz yazıb xəbərdar etdik. Qalır MİS əməkdaşlarının iş görməsi.

 

Məmmədhəsən MƏMMƏDOV

 

скачать dle 12.1

Şərhlər