SON DƏQİQƏ
» » "Bibiheybət yolu"nda tikinti-bərpa işləri davam etdirilir

"Bibiheybət yolu"nda tikinti-bərpa işləri davam etdirilir

Tarix:

16-01-2020, 12:49

/ 1 895 dəfə oxundu.
"Bibiheybət yolu"nda tikinti-bərpa işləri davam etdirilir

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a bildirilib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılırır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular atılacaq.

AAYDA-nin "Azəryolelmitədqiqatlayihə" institutunun hazırladığı layihəyə əsasən, müvəqqəti 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə işlər aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. "Tikinti norma və standartları"na uyğun olaraq yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

Tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ