SON DƏQİQƏ
» » 7 milyonluq avtomobil kim üçün gətirilib? – RƏSMİ

7 milyonluq avtomobil kim üçün gətirilib? – RƏSMİ

Tarix:

11-01-2020, 15:44

/ 1 813 dəfə oxundu.
7 milyonluq avtomobil kim üçün gətirilib? – RƏSMİ

Dünən mediada 7 milyon manatlıq "Bugatti Chiron" markalı avtomobilin ölkəmizə gətirilməsi ilə bağlı xəbərlər yayılıb. Avtomobilin hava limanında çəkilən fotoları da bu iddiaları xeyli gücləndirib.

"virtualaz.org"  xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu avtomobil Azərbaycana tranzit gəlib və ölkəyə aidiyyəti yoxdur.

"Bugatti Chiron" avtomobilini Almaniyanın Hann şəhərindən gətiriblər. Bakıda təyyarə dəyişilib, başqa təyyarə ilə Dubaya yola salınıb. Azərbaycandan sadəcə tranzit keçib. Bu avtomobilin Azərbaycana aidiyyəti yoxdur", - komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ