SON DƏQİQƏ
» » Cari ildə Qarabağ probleminin həlli istiqamətində gözləntilər nələrdir? -Geosiyasət

Cari ildə Qarabağ probleminin həlli istiqamətində gözləntilər nələrdir? -Geosiyasət

Tarix:

10-01-2020, 14:25

/ 1 781 dəfə oxundu.
Cari ildə Qarabağ probleminin həlli istiqamətində gözləntilər nələrdir? -Geosiyasət

ATƏT-in yeni sədri münaqişənin həlli istiqamətində nə dərəcədə aktiv olacaq?

Artıq 2020-ci ilin ilk ayını yaşayırıq. Hələ ötən ilin sonlarından ekspertlər, analitiklər tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, 2020-ci il Dağlıq Qarabağ probleminin həllində dönüş ili ola bilər. Buna isə bir neçə səbəb göstərilirdi. Birincisi, uzun illər Dağlıq Qarabağ probleminin həll edilməməsi və Azərbaycanın səbrinin artıq tükənməsi nəticəsində cəbhədə hərbi əməliyyatların başlaması ehtimalı. Hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirəcəyi uğurlu hərbi əməliyyatlar və işğal altında olan ərazilərimizin azad edilməsi 2020-ci ildə Qarabağ probleminin həll edilməsinin mümkünlüyü barədə səslənən ehtimallar sırasında yer alırdı. Burada beynəlxalq aləmin, dünya güclərinin Ermənitana olan münasibəti də əsas götürülürdü. Belə ki, Ermənistanda son hakimiyyət çevrilişindən sonra hökumət başına gələn Nikol Paşinyanın uğursuz xarici siyasəti və diplomatiya sahəsində atmış olduğu naşı addımlar, uğursuz gedişlər İrəvanın beynəlxalq aləmdə mövqelərinin zəifləməsinə gətirib çıxarıb. Artıq Ermənistanı özünün forpostu hesab edən Rusiya Federasiyası belə demək olar ki, Paşinyan hakimiyyətindən üz döndərib. Ona görə də Qarabağda ikinci aprel savaşı başlasa, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu və düşməni məhv etməyi hədəfləyən hərbi əıməliyyatlarının qarşısını heç bir qüvvə ala bilməyəcək. Eləcə də Rusiya Azərbaycan hakimiyyətindən hərbi əməliyyatların dayandırılması xahişini etməyəcək.

2020-ci ildə Dağlıq Qarabağ probleminin həll ediləcəyinə dair digər bir ümid isə ATƏT sədrliyində baş verən dəyişiklikdir. Hər zamankı kimi ümid edilir ki, yeni ATƏT sədri münaqişənin həlli istiqamətində ciddi addım atacaq. Ancaq ekspertlər bu ehtimalı yaxına buraxmırlar. Qeyd edilir ki, bu illər ərzində onlarla belə proses olub və heç bir yeni ATƏT sədri münaqişənin həlli istiqamətində ciddi addım ata bilməyib. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, ATƏT Qarabağ münaqişəsinin həlli istiqamətində yalnız atəşkəsin qorunmasına çalışır, konfliktin həllində real sülh təşəbbüsünün əldə olunması üçün yetərincə mövqe ortaya qoymur. Politoilioq hesab edir ki, ATƏT-in Avropada münaqişlərin həlli və təhlükəsiziyin həllinə töhfə vermək üçün ciddi mexanizmi olmasa da, mümkün həll variantlarının əldə olunmasında müəyyən imkanlara malikdir: "Yoxsa, belə bir təşkilat nəyə lazımdır.ATƏT sədrləri rotasiya qaydasında dəyişir və hər bir sədr Qarabağ münaqişəsinin həllini diqqətdə saxlayacağını xüsusi vurğulayır. Amma, demək olar ki, yalnız diplomatik şəkildə tezislər vurğulamaqla real şəkildə mövqe ortaya qoyulmur. Əsasən, işğalçı ökə olan Ermənistan Azərbaycanla eyni mövqedə görülür. Halbuki ATƏT Avropanın qonşuluğunda real işğalçı ölkə olan Ermənistana sanskiyaların tətbiqinə başlamalıdır". Politoloq deyib ki,  ATƏT-ın Helsinki aktını kobud şəkildə pozan və əməl etməyən məhz Ermənistandır: "Amma, biz bu təşkilat çərçivəsində ikili standartlara rast gəlirik. Belə olan təqdirdə Azərbaycan artıq belə bir təşkilatlara inanmamalı və artıq cəbhə xəttində hərəkətə keçməlidir.Albaniyanın xarici işlər naziri Edi Rama ATƏT-ın yeni sədri seçildi. Cənab Edi Ramada sədrliyi dönəmində Qarabağ münaqişəsinin həllini gündəlikdə saxlayacağını vurğuladı. Yeni sədrlər tərəfindən eyni yanaşma və müsbət irəliləyiş üçün konkret bir mövqenin olmaması göstərir ki, il ərzində ATƏT-ın yeni sədri yalnız regiona səfər etməklə atəşkəsə əməl edliməsinə və danışıqların aparılmasına çağıracaq. Nə qədər ki, belə bir bir tezis ortaya qoyulacaqsa, ATƏT-ın Minsk qrupu və yeni sədrlər Ermənistanın işğalçılıq siyasətinə yaşıl işıq yandıracaqlar.Bu illər ərzində təcrübə göstərir ki, ATƏT və onun Minsk qrupu demək olar ki, konkret nəticənin əldə olunmasında işğalçıya təsir etmək iqtidarında deyil. Manipulyasiyaya yol verilir və Azərbaycanın əraz ibütövlüyünün həll edilməməsi region üçün də deskalasiyaya xidmət edir. Azərbaycan mütləq şəkildə status-kvonun belə davam etməsinə səbrlə yanaşmayacaq. Növbəti dəfə Aprel eskalasiyasının təkrarlanması işğalçı ölkə və ATƏT üçün soyuq duş effekti verəcək.Yaxın Şərqdə və regionda oyun qaydaları dəyişir və güc mövqeyinə üstünlük verilməkdədir. Rəsmi Bakı artıq güc mövqeyinə üstünlük verməli, Xarici İşlər Nazirliyi bəyanatları bir kınara qoyub, Müdafiə Nazirliyi ilə koordinasiyalı çalışmalıdır. Getdikcə ərazilərimizin işğalda qalması əleyhimizə işləyir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ