SON DƏQİQƏ
» » İrəvan Qarabağ problemini həll etməsə… - Rus ekspert

İrəvan Qarabağ problemini həll etməsə… - Rus ekspert

Tarix:

26-10-2018, 20:43

/ 10 325 dəfə oxundu.
İrəvan Qarabağ problemini həll etməsə… - Rus ekspert

Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir.

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" adlı işçi sessiyada çıxışı zamanı rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq:

"Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər yaradır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ