SON DƏQİQƏ
» » Badamdarda daha bir torpaq sürüşməsi: yol bağlandı

Badamdarda daha bir torpaq sürüşməsi: yol bağlandı

Tarix:

9-01-2020, 10:08

/ 1 777 dəfə oxundu.
Badamdarda daha bir torpaq sürüşməsi: yol bağlandı

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.

Bununla bağlı GunAz.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov sürüşmənin təxminən 60-100 metr uzunluğunda ərazini əhatə etdiyini bildirib:

“2018-ci ilin oktyabr ayının 11-də bu ərazidə sürüşmə baş vermişdi. Həmin kütlənin üzərində yenidən aktivləşmə yaranıb. Son dövrlər payız-qış mövsümi ilə əlaqədar yağışların yağması ərazidəki kütləni ağırlaşdırıb. Sürüşmə nəticəsində Badamdar şossesi ilə 20-ci Sahə arasındakı asfalt yol tamamilə bağlanıb”.

Ə.Qaralov deyib ki, hazırda sürüşmə aktiv fazadadır:

“Belə olan halda ərazidə hər hansı iş aparmaq olmur. Sürüşmənin nə qədər davam edəcəyini proses göstərəcək”.

скачать dle 12.1

Şərhlər