SON DƏQİQƏ

Dans etməyin bədənimizə 6 faydası

Tarix:

4-01-2020, 19:30

/ 1 802 dəfə oxundu.
Dans etməyin bədənimizə 6 faydası

İdman etməyin sağlamlığımız üçün olan faydalarından hamımız xəbərdarıq. Bəs dans etməyin şən idman növü olduğunu bilirdiniz? Qarşınızda dans etməyin 6 faydası…

1. Beyin sağlamlığını qoruyur.
Alman alimlər tərəfindən aparılan araşdırmaya görə, dəns etmək alzheimer kimi xəstəliklərə qarşı gəlir. Beynin inkişafını dəstəkləyir və yaddaşı gücləndirir.

2. Ağrıları azaldır.
Aparılan araşdırmalara görə dans etmək ehtiyacımız olan efort və sinxronizasiyanı təmin etdiyi üçün bədənimizdəki ağrıların da azalmasına yol açır.

3. Elastiklik, enerji və xoşbəxtlik!
Dans etmək şən bir fəaliyyətdir. Bədənimizin elastikləşməsinə və enerji toplamağımıza kömək olur. Dans etdiyimiz zaman xoşbəxt hiss edirik.

4. Ruhi problemləri aradan qaldırır.
Depressiya, anksiyete, yemək problemləri və narkotik asılılığı kimi bir çox sağlamlıq problemi günümüzdə tez-tez qarşılaşılır. Lakin dans etmək bütün bu psixoloji narahatlıqları aradan qaldırmağa kömək edir.

5. Çəki itirməyinizə kömək edir.
Dans etməyin başqa bir avantajı da, hər gün edildiyi zaman çəki itirməyinizə səbəb olur. Aparılan araşdırmalara görə aerobika ən az velosipedə minmək və ya qaçmaq qədər effektivdir.

6. Ürək sağlamlığınızı qoruyur.
Dans etmək ürək-damar xəstəliyi riski olan insanlar üçün çox faydalı bir fəaliyyətdir. Aparılan araşdırmalara görə ürək çatışmazlığı olan insanlar idman olaraq dans edə bilərlər.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ