SON DƏQİQƏ
» » Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Tarix:

2-01-2020, 17:00

/ 1 803 dəfə oxundu.
Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

GunAz.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edənlərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ