SON DƏQİQƏ
» » Bir ildə təcili tibbi yardım üçün 726693 nəfər müraciət edib

Bir ildə təcili tibbi yardım üçün 726693 nəfər müraciət edib

Tarix:

28-12-2019, 14:37

/ 1 598 dəfə oxundu.
Bir ildə təcili tibbi yardım üçün 726693 nəfər müraciət edib

2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726693 ümumi müraciət daxil olub. Bu müraciətlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13200 olmuşdur ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78540, hospitalizasiya 13300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3200 olub.

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ