SON DƏQİQƏ
» » 2020-ci ildə əməkhaqqları, pensiyalar yenidən artırılacaq

2020-ci ildə əməkhaqqları, pensiyalar yenidən artırılacaq

Tarix:

25-12-2019, 14:33

/ 1 772 dəfə oxundu.
2020-ci ildə əməkhaqqları, pensiyalar yenidən artırılacaq

Musa Quliyev: "Azərbaycan xalqı sosial rifah içərisində yaşayacaq"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibə vətəndaşlarımız tərəfindən çox maraqla qarşılandı və həm də minnətdarlıq ifadə olundu. Beləki cənab Prezident müsahibəsində bu il ərzində Azərbaycanın daxili və xarici siyasətinin ən mühüm məqamlarını şərh etdi. Ölkə başçısı bir daha göstərdi ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yeridir və bu siyasətin də mərkəzində Azərbaycan xalqının milli maraqları dayanır. Heç şübhəsiz ki, cənab Prezident bu müsahibəsində həm də sosial siyasət sahəsində aparılan işlərə toxundu və söylədi ki, bu il Azərbaycanda sosial müdafiə sahəsində xüsusi bir il olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, cənab Prezidentin bu ilin birinci yarısında verdiyi 30-a qədər fərman və sərəncamlarla 4 milyon 200 mindən çox insanın həyat şəraiti yaxşılaşdı: "Nəzərə alsaq ki, elə Azərbaycanda təxminən bu qədər ailə var, deməli hər bir ailəyə ölkə başçısının sosial müdafiə sahəsində apardığı siyasətdən pay düşmüş oldu. Müavinətlər, pensiyalar, tələbə təqaüdləri, əməkhaqqlar artdı, minimum əməkhaqqının artım məbləğinə görə, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerə çıxdı. Bununla yanaşı sosial müdafiənin aktiv tədbirləri də həyata keçirildi. Yeni yüksək maaşlı iş yerləri açıldı, özünəməşğulluq proqramı çox uğurla davam etdi, problemli kreditlərin həlli, mənzillərin özəlləşdirilməsi ilə bağlı cənab Prezidentin verdiyi fərman nəticəsində minlərlə insanın mənzil sahibinə çevrilməsi və s. bu il ölkə başçısının apardığı sosial siyasətin tərkib hissəsi idi.

Dövlət başçısı müsahibəsində şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlərə göstərilən sosial xidmətin və sosial müdafiənin həm həcminin, həm də keyfiyyətinin yaxşılaşması məsələsi üzərində xüsusilə dayandı. Tək bu ilin içərisində 5 mindən çox mənzillər tikildi və məcburi köçkünlərə dövlət tərəfindən hədiyyə olundu. Minə yaxın mənzillər Qarabağ əlilləri və şəhid ailələrinə hədiyyə olundu. Heç də təsadüfi deyil ki, cənab Prezident ötən gün ad gününü şəhid ailələri, Qarabağ əlilləri ilə bir yerdə keçirdi. Həmin ailələri sevindirdi, onlara yeni mənzillərin və avtomobillərin açarlarını təqdim etdi. Cənab Prezident həmçinin müsahibəsində söylədi ki, bizim iqtisadi gücümüz artdıqca, sosial müdafiə tədbirləri də daha da genişlənəcək, Azərbaycan xalqının sosial rifahı daha da yüksələcək və 2020-ci ildə əməkhaqqları, pensiyalar, müavinətlər yenidən artırılacaq və Azərbaycan xalqı sosial rifah içərisində yaşayacaqdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ