SON DƏQİQƏ
» » Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

Tarix:

26-03-2019, 12:51

/ 10 284 dəfə oxundu.
Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

Dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən ötən müddət ərzində xarici siyasət sahəsində Azərbaycan dövlətinin mövqeləri xeyli möhkəmlənib.

Xüsusən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllində Azərbaycanın mövqeləri güclənib. Mövqelərin güclənməsi isə həm diplomatik-siyasi sahəyə, həm də hərbi-texnoloji sahəyə aiddir.

Bunu GunAz.az-a açıqlamasında millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı bildirib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan diplomatiyası gücə arxalanır. 

“Həmçinin, Azərbaycan ordusu dünyanın ən güclü ordulardan biridir. Azərbaycan ordusunun gücü, heç şübhəsiz ki, diplomatiyaya da güc verir və Azərbaycan diplomatiyasının gücünü şərtləndirən amillərdən biri də, təbii ki, ölkənin iqtisadi inkişafıdır”, - deyən millət vəkilinin fikrincə, əgər ölkədə iqtisadi inkişaf olmasaydı, hərbi-texnoloji təminat da ola və diplomatiya da bunlara arxalana bilməzdi.

“Ona görə hesab edirəm ki, son bir il, daha doğrusu, 2018-ci ilin 11 aprel tarixli növbədənkənar prezident seçkilərindən ötən 11 ay Azərbaycan üçün uğurlu oldu. Bu siyasətin alternativi yoxdur və davam etdirilməlidir”, - deyə M.Qasımlı əlavə edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ