SON DƏQİQƏ
» » Tibb işçilərinə yenidoğulmuşlarla bağlı təlim keçirilib

Tibb işçilərinə yenidoğulmuşlarla bağlı təlim keçirilib

Tarix:

25-12-2019, 12:45

/ 1 454 dəfə oxundu.
Tibb işçilərinə yenidoğulmuşlarla bağlı təlim keçirilib

Bu ilin noyabr və dekabr aylarında Ümumdünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi" mövzusunda regionlarda keçirilən təlimlər başa çatıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən GunAz.az-a bildirilib ki, təlimlərdə Mingəçevir, Lənkəran və Şirvan şəhərləri, habelə Qazax, Tovuz, Şəki, Zaqatala, Qax, Neftçala və Sabirabad rayonlarında keçirilən təlimlərə həmin regionların tibb müəssisələrində çalışan həkim-neonatoloqlar və tibb bacıları ilə yanaşı, Masallı, Lerik, Qəbələ, Saatlı, Zərdab, Hacıqabul, İmişli, Beyləqan və Ağcabədi rayonlarında müvafiq sahə üzrə fəaliyyət göstərən tibb işçiləri də iştirak edib. Təlim müddətində iştirakçılara ana südü ilə qidalandırmanın üstünlükləri, qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları, o cümlədən neonatal reanimasiyada tibbi avadanlığın istifadəsi barədə məlumat verilib. Bununla yanaşı, tibb heyətinin həmin avadanlıqlardan istifadə bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədi ilə təcrübi məşğələlər aparılıb.

скачать dle 12.1

Şərhlər