SON DƏQİQƏ

Novruz Məmmədov tapşırıq verdi

Tarix:

14-02-2019, 16:53

/ 10 454 dəfə oxundu.
Novruz Məmmədov tapşırıq verdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 
GunAz.az xəbər verir ki, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb. 
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası barədə təkliflərini də altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
скачать dle 12.1

Şərhlər