SON DƏQİQƏ

YAP-ın siyahısı bu tarixdə açıqlanacaq

Tarix:

24-12-2019, 23:41

/ 1 307 dəfə oxundu.
YAP-ın siyahısı bu tarixdə açıqlanacaq

Yeni Azərbaycan Partiyasının (YAP) 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizəd siyahısı bu gün açıqlanmayacaq.

Bu sözləri GunAz.az-a açıqlamasında YAP-ın mətbuat katibi Hüseyn Paşayev deyib.

O, siyahının açıqlanma vaxtının hələ də dəqiqləşmədiyini, ancaq yaxın günlərdə ictimaiyyətə elan ediləcəyini açıqlanacağını bildirib.

Qeyd edək ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın parlament seçkisinə namizədlərinin siyahısının ötən həftə açıqlanacağı haqda qeyri-rəsmi məlumatlar özünü doğrultmayıb.

***

Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək nazmizədlərinin siyahısı tam hazırdır.

YAP-dakı mənbələrdən modern.az-a daxil olan məlumata görə, partiyanın namizədlərinin siyahısı sabah - dekabrın 25-də açıqlanacaq.

Qeyd edilib ki, siyahıda beşinci çağırış Milli Məclisin üzvü olan bir sıra məşhur deputatların adı yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ