SON DƏQİQƏ
» » Bakıda gənc qızın avtobusda öldürülməsi... - Rəsmi

Bakıda gənc qızın avtobusda öldürülməsi... - Rəsmi

Tarix:

21-12-2019, 14:09

/ 920 dəfə oxundu.
Bakıda gənc qızın avtobusda öldürülməsi... - Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusunda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-dən GunAz.az-a verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı öldürməsi barədə məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər