Bakıda gənc oğlan itkin düşüb.
GunAz.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Sadıqov Emin Bəxtiyar oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edərək 2001-ci il təvəllüdlü oğlu Sadıqov Rəsulun itkin düşdüyünü bildirib.
Onun sözlərinə görə, oğlu sentyabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hazırda faktla bağlı Binəqədi rayon 4-cü polis bölməsində araşdırma aparılır.