SON DƏQİQƏ
» » Bakıda tələbə qız dəhşətli virusdan öldü - AÇIQLAMA

Bakıda tələbə qız dəhşətli virusdan öldü - AÇIQLAMA

Tarix:

8-02-2019, 12:27

/ 10 348 dəfə oxundu.
Bakıda tələbə qız dəhşətli virusdan öldü - AÇIQLAMA

Bakıda dəhşətli virusdan gənc tələbə qız dünyasını dəyişib.

GunAz.az xəbər verir ki, bu barədə qızın anası İlhamə İgidova Bakı.vs-ə məlumat verib. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.

Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Kliniki Xəstəxanasına yerləşdiriblər. Lakin vəziyyəti pisləşdiyi üçün sonradan qızı “Bakı Medikal Plaza”ya aparıblar. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş.

“Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır”, - deyə vəfat edən qızın anası bildirib.

İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa bu virusdan daha 5 nəfər vəfat edib.

“Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”, - deyə İlhamə İgidova bildirib.

Qeyd edək ki, dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Birinci kursda təhsil alırdı. Xəstələnəndən sonra bir müddət müalicə alıb. Sonra imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.

Onun "hə"si verilibmiş və bu yaxınlarda nişanlanacaqmış.

Səhiyyə Nazirliyindən bildirilib ki, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadənin ölümü ilə əlaqədar araşdırma aparılır.

Bundan başqa, 5 nəfərin də həmin virusdan ölməsilə bağlı məsələ araşdırılacaq.

"Hələlik isə eyni virusdan bir neçə ölüm faktının qeydə alınması ilə bağlı informasiya yoxdur", - nazirlikdən bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ