SON DƏQİQƏ
» » Nazirdən torpaq və su ehtiyatları ilə bağlı ÇAĞIRIŞ

Nazirdən torpaq və su ehtiyatları ilə bağlı ÇAĞIRIŞ

Tarix:

17-12-2019, 14:23

/ 679 dəfə oxundu.
Nazirdən torpaq və su ehtiyatları ilə bağlı ÇAĞIRIŞ

Bu gün yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarını daha da səmərəli istifadəni zəruri edir. 

GunAz.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi Milli Seminarında deyib. 

O bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Nazirin sözlərinə görə, aidiyyəti dövlət orqanları, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir.

İ.Kərimov bildirib ki, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxumaların əldə edilməsi istiqamətində iş aparılır:

“Hazırda müasir toxum müəssisələrinin yaradılması istiqamətində iş aparılır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradıb. Toxum sortlarının yaradılmasının əsas məqsədi yüksək məhsuldarlıq əldə etməkdir”. 

скачать dle 12.1

Şərhlər