SON DƏQİQƏ
» »  Bu, kənd təsərrüfatı üçün çox vacibdir - Nazir

 Bu, kənd təsərrüfatı üçün çox vacibdir - Nazir

Tarix:

26-04-2019, 19:45

/ 10 182 dəfə oxundu.
 Bu, kənd təsərrüfatı üçün çox vacibdir - Nazir

Bu gün Qax rayonunun Turaclı kəndində sakinlərə məxsus pay torpaqlarında yaradılan “Ata-baba Fındıq İstehsal Kooperativi” Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə respublikamızda təsis olunan sayca üçüncü kooperativdir. İlk iki kooperativ Sabirabad rayonunda yaradılıb. Fındıqçılıq sahəsi üzrə yaradılan bu kooperativ özündə 490 sakinin təmsil olunduğu 96 fermer təsərrüfatını birləşdirir. Kooperativin 350 hektar fındıq bağı var.

GunAz.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Qax rayonunun Turaclı kəndində yeni istehsal kooperativinin yaradılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində məlumat verib.

Nazir bildirib ki, kooperativləşmə tədbirlərinin getdikcə geniş vüsət alması çox yaxşı başlanğıcdır. Hazırda nazirlik tərəfindən digər rayonlarda tütünçülük, taxılçılıq, şəkər çuğunduru və s. üzrə kooperativlərin yaradılması üçün zəruri işlər aparılır.

Kooperativlərin yaradılmasının kənd təsərrüfatının inkişafı üçün çox vacib tədbirlərdən biri olduğunu vurğulayan İnam Kərimov deyib: “Azərbaycanda fermerlər əsasən kiçik torpaq sahələrinə malikdirlər. Yüksək məhsuldarlığa nail olmaq, istehsal ehtiyatlarını bir araya gətirmək, texnikadan səmərəli istifadə etmək, gübrə vermə, dərmanlama, meliorasiya və irriqasiya tədbirlərini həyata keçirmək, eyni zamanda, növbəli əkinin düzgün qurulması üçün kooperativləşmə çox zəruri tədbirlərdəndir”.

Nazir bildirib ki, kooperativlərin yaradılması üçün Azərbaycanda lazımi hüquqi baza mövcuddur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında kooperasiyanın formalaşması və inkişafına xidmət edir.

İnam Kərimovun sözlərinə görə, kooperativlərə üzv olan fermerlər istehsal ehtiyatlarını, xərclərini azaldır, əvəzində daha çox məhsul əldə edirlər, gəlirləri daha da artır: “Sabirabadda yaradılan kooperativlərin artıq uğurlu nəticələrini görürük. Əvvəllər fermerlər kooperativlərin yaradılmasına bir az tərəddüdlə yanaşırdılar. Ancaq indi vəziyyət dəyişib. Hətta, məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük. Müxtəlif sahələr üzrə məhsul istehsalının artması isə, öz növbəsində, ümumi respublika göstəricilərinə müsbət təsir edəcək”, - deyə İnam Kərimov bildirib.

скачать dle 12.1

Şərhlər