SON DƏQİQƏ

Bakıdan Məşhədə birbaşa reyslər açıldı

Tarix:

17-12-2019, 08:00

/ 1 227 dəfə oxundu.
Bakıdan Məşhədə birbaşa reyslər açıldı

Xəbər verdiyimiz kimi, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti dekabrın 16-da Bakıdan İranın Məşhəd şəhəri arasında birbaşa aviareyslərə başlayıb.

GunAz.az xəbər verir ki, Bakı-Məşhəd aviareysinin sərnişinləri arasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də olub.

Bununla bağlı keçirilən mərasimdə çıxış edən səfir C.Cahangirzadə İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, yeni aviareysin ikitərəfli turizm əlaqələrinə töhfə verəcəyini bildirib.

Bakı-Məşhəd-Bakı aviareysi həftədə 2 dəfə həyata keçiriləcək.

скачать dle 12.1

Şərhlər