SON DƏQİQƏ
» » Müdafiə Nazirliyinin nümayəndələri Moskvada - Foto

Müdafiə Nazirliyinin nümayəndələri Moskvada - Foto

Tarix:

14-12-2019, 22:00

/ 594 dəfə oxundu.
Müdafiə Nazirliyinin nümayəndələri Moskvada - Foto

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının Moskvada keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub. Həmçinin müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının gələn il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ