SON DƏQİQƏ

"Hər qaranlığı işıq qovar"

Tarix:

3-12-2019, 08:04

/ 1 539 dəfə oxundu.
"Hər qaranlığı işıq qovar"

Gəncə, Mingəçevir, Şəkiyə səfər edilərək, "Hər qaranlığı işıq qovar" adlı qısametrajlı film nümayiş etdirildi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Dünya Ana və Uşaqlar" İctimai Birliyinin təşkilatçılığı ilə “Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsi çərçivəsində regionlarımıza-Gəncə, Mingəçevir, Şəkiyə səfər edildi.

Bu gün Avropa ölkələrində baş verən məişət zorakılığı hallarına əfsuslar olsun ki, bizim ölkəmizdə də rast gəlinir. Paytaxt Bakı olmaqla, ölkəmizin regionlarında da belə hallar baş verir. Azərbaycanda baş verən məişət zorakılığı və onun törədilən fəsadlarını aradan qaldırmaq üçün çox böyük işlər görülməkdədir.

Bu günümüz, sabahımız, gələcəyimiz olan gənclər arasında güclü təbliğata bu gün çox böyük ehtiyac duyulur. Məhz bu baxımdan “Məişət zəminində baş verən zorakılıqlara susmayaq!” layihəsi çərçivəsində regionlarımıza - Gəncə, Mingəçevir, Şəkiyə səfər edilərək, "Hər qaranlığı işıq qovar" adlı qısametrajlı film nümayiş etdirildi. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Filmdə məişətdə gedən zorakılıqlara yol açan problemləri aktyorlarımız ustalıqla filmi seyr edənlərə çatdırdılar. Sənədli filmdə sosioloq Əhməd Qəşəmoğlu bu cür xoşagəlməyən problemlərin gələcəkdə gənc ailələrdə baş verməməsi üçün çox dəyərli fikirlər söyləyərək ətraflı məlumat verdi.

"Hər qaranlığı işıq qovar" adlı qısametrajlı film tələbə - gənclərimiz tərəfindən diqqətlə izlənilərək zalda böyük alqışlara səbəb oldu. Tədbirdə layihə rəhbəri "Dünya Ana və Uşaqlar" İctimai Birliyin sədri Dünyaxanım Əliyeva, təlimçi-ekspert Ayaz Nurməmmədov, Gəncə Dövlət Regional Kollecinin direktor müavini Elşad Abbasov, Mingəçevir "Gənclər Evi"nın direktoru Tural Kərimov, Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, təlim-tərbiyyə üzrə müəllim Rafiq Səmədov öz çıxışlarında məişətdə baş verən zorakılıqların qarşısını almaq həllinin yolları haqqında ətraflı çıxış etdilər. Gəncə, Mingəçevir, Şəki ali təhsil ocağının tələbələri ilə bu mövzuda müzakirələr yaradılaraq, sual-cavab aparıldı. Hər üç təhsil ocağının konfrans zallarında böyük canlanma müşahidə olunurdu. Televiziyaların "retinq" xətrinə nümayiş etdirilən bəzi xoşagəlməz verilişləri nümunəvi - əxlaqi keyfiyyətləri özündə əks etdirən verilişlərlə

əvəz edilməsi haqqında tələbə-gənclər bir çox təqdirəlayiq hal kimi təkliflər irəli sürdülər. Layihənin rəhbəri Dünyaxanım Əliyeva və təlimçi-ekspert Ayaz Nurməmmədov gənc tələbələri diqqətlə dinləyib, suallara ətraflı cavab verərək, irəli sürülən irad və təklifləri nəzərə alınmaqla dəyərləndirdilər.

Bu gün gənclərin intelektual səviyyəsinin yüksək səviyyədə olması təhsilimizin inkişafının müsbət göstəricisidir. Onu da qeyd etməliyəm ki, layihə ilə bağlı səfər etdiyimiz regionlarda - Gəncə, Mingəçevir və Şəki şəhərindəki kolleclərdə tələbələr üçün yaradılan şərait ürəkaçan idi. Hər üç təhsil ocağı əsaslı təmir olunmuşdur.

"Hər qaranlığı işıq qovar"Rəsmiyyə HEYBƏTAĞAQIZI

"Hər qaranlığı işıq qovar"

 

"Hər qaranlığı işıq qovar"

 

"Hər qaranlığı işıq qovar"

 

скачать dle 12.1

Şərhlər