SON DƏQİQƏ

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Tarix:

30-11-2019, 12:39

/ 1 891 dəfə oxundu.
Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

GunAz.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Sahib İskəndərov DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına rəis təyin edilib. 

O, bundan əvvəl Avtomobil Təsərrüfatının rəis müavini vəzifəsində çalışıb.

eyd edək ki, bir müddət əvvəl DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ