SON DƏQİQƏ

Ramil Usubov yeni rəis təyin etdi

Tarix:

27-03-2019, 11:16

/ 10 265 dəfə oxundu.
Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

GunAz.az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı GunAz.az-a təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ