SON DƏQİQƏ
» » Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

Tarix:

29-11-2019, 20:45

/ 2 179 dəfə oxundu.
Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 3 qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2020-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

Yanvarın 3-ü, həftənin cümə günü isə rəsmi iş günü hesab edilir.

Qeyd edək ki, 28-i şənbə, 29-u isə bazar gününə təsadüf edir. Dekabrın 30-u isə iş günü olaraq hesablanır.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ