SON DƏQİQƏ
» » Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir?

Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir?

Tarix:

29-11-2019, 17:25

/ 1 787 dəfə oxundu.
Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə İsrafil Məmmədovu təyin edib.

GunAz.az xəbər verir ki, İsrafil Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

1995-1996-cı illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb. 1996-2007-ci illər Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.

2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi olub. 2008-2013-cü illərdə Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

23 iyul 2013-cü ildən yeni təyinatadək Dövlət Neft Fondunun İcraçı direktorunun müavini işləyib.

İngilis, ərəb və rus dillərini bilir.

Evlidir, üç övladı var.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ