SON DƏQİQƏ

Naxçıvanda uzunömürlülük yaşanır

Tarix:

29-11-2019, 08:31

/ 1 250 dəfə oxundu.
Naxçıvanda uzunömürlülük yaşanır

2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

GunAz.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi istinadən xəbər verir ki, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə hələ 2018-ci ilin yanvarından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Qeyd edilir ki, əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına təkan verib. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, son illər bu göstərici 78,6, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ