SON DƏQİQƏ

Millət vəkilləri səfirlərlə görüşdü

Tarix:

27-11-2019, 11:23

/ 1 303 dəfə oxundu.
Millət vəkilləri səfirlərlə görüşdü

Millət vəkilləri Azay Quliyev və Bahar Muradova İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüblər.

GunAz.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu ölkələrin Bakı Parlament Platformasına qoşulması müzakirə edilib.

Xatırladaq ki, Bakı Parlament Platforması 12 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi, Almaniya Bundestaqı və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətləri tərəfindən təsis edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər