SON DƏQİQƏ
» » Beyin qanaması olan 55 yaşlı qadın uğurla əməliyyat olunub

Beyin qanaması olan 55 yaşlı qadın uğurla əməliyyat olunub

Tarix:

21-11-2019, 16:07

/ 1 287 dəfə oxundu.
Beyin qanaması olan 55 yaşlı qadın uğurla əməliyyat olunub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 55 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı, ürəkbulanma və qusma olub. Baş beyin tomoqrafiyasında sağ tərəfdə beyin ilə beyin qişası arasında (subdural) kəskin qanama aşkar edilib. Belə qanamaların səbəbi, adətən, kəllə-beyin travması olur. Lakin pasiyent heç bir travma almayıb, yanaşı xəstəliyi olmayıb və qanı duruldan dərmanlardan istifadə etməyib. Xəstədə olan qanama qadının həyatı üçün təhlükə yaratdığından təcili əməliyyat olunmasına qərar verilib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, RMDM-in həkimləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qanama xaric edilib və qanamaya səbəb olan kiçik arteriya tapılaraq koaqulyasiya edilib (yandırılıb). Əməliyyatdan sonra pasiyent terapevt tərəfindən araşdırılıb, heç bir yanaşı xəstəlik aşkar edilməyib və beş gün sonra tam normal vəziyyətdə evə yazılıb.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər