SON DƏQİQƏ

Beyin yorğunluğuna qarşı nə etmək olar?

Tarix:

19-01-2017, 20:59

/ 3 366 dəfə oxundu.
Beyin yorğunluğuna qarşı nə etmək olar?

Beyin yorğunluğunun əlamətləri adətən Alzheymer xəstəliyi ilə sәhv salınır. Ancaq Alzheymer xəstəliyi genetik amillərə söykənmirsə, adətən 65 yaşdan sonra ortaya çıxır. Beyin yorğunluğu isə xüsusilə gərgin iş həyatı olan hər kəsin qarşılaşdığı bir haldır.
Beyin yorğunluğundan xilas olmağın və zehni təmizləməyin ən yaxşı yolu insanın özünə vaxt ayırmasıdır. Troitin kifayət qədər işləməməsi kimi beyin yorğunluğuna səbəb olan başqa bir narahatlıq varsa, bu xəstəliyin də müəyyən olunub müalicə edilməsi lazımdır. İş saatlarından başqa işlə bağlı fikirlərdən uzaq olmaq və hobbi ilə məşğul olmaq beyin yorğunluğunun müalicəsində mühüm yer tutur.
Beyin yorğunluğundan azad olmaq üçün nizamlı qidalanmaq lazımdır.
Beyin yorğunluğu olan insanlarda unutqanlıq әlamәtlәrinin müşahidә edilmәsi unudulmamalıdır. Bunun üçün qoz, fındıq, yaşıl tərəvəzlər və zeytun yağlı qidalar istehlak etmək vacibdir.
Bununla yanaşı B, C və E vitaminləri və ya bu vitaminləri ehtiva edən qidanın istehlak edilməsində laqeydlik edilməməlidir. İdmanın da beyin yorğunluğuna yaxşı təsir göstərdiyi məlum olan bir həqiqətdir. Gündəlik keçirilən məşqlər xüsusilə unutqanlığın baş verməsinin qarşısını alır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ