SON DƏQİQƏ
» » Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

Tarix:

19-11-2019, 20:30

/ 1 768 dəfə oxundu.
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeonun İordan çayının qərb sahillərindəki yəhudi yaşayış məntəqələrinin leqallaşdırılması ilə bağlı verdiyi açıqlamanı kəskin şəkildə tənqid edib.

“ABŞ hakimiyyət orqanlarının işğal olunmuş İordan çayının qərb sahillərindəki yəhudi məskunlaşmaları ilə bağlı verdiyi açıqlamaların beynəlxalq hüquqi baxımından qüvvəsi yoxdur. Heç bir ölkə beynəlxalq hüquqdan üstün ola bilməz. Qüvvələrin mövqeyi qəbuledilməzdir. "Dediyim kimi olacaq" prinsipi hüquqi cəhətdən düzgün deyil", Çavuşoğlu" Twitter"də yazıb.

GunAz.az-ın verdiyi xəbərə görə, ABŞ, İsrailin işğal etdiyi İordan çayının qərb sahilində (Fələstin) salınan yaşayış məntəqələrinin qanuniliyini tanıdığını bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ