SON DƏQİQƏ

Xəzərdə neftçi batdı

Tarix:

18-11-2019, 15:40

/ 498 dəfə oxundu.
Xəzərdə neftçi batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən GunAz.az-a verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov GunAz.az-a bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir:

"Lakin o, SOCAR-ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə SOCAR-ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.

скачать dle 12.1

Şərhlər