SON DƏQİQƏ
» » Sumqayıtda zavodda istehsalat prosesində 12 nəfər qazdan zəhərlənib

Sumqayıtda zavodda istehsalat prosesində 12 nəfər qazdan zəhərlənib

Tarix:

16-11-2019, 12:51

/ 769 dəfə oxundu.
Sumqayıtda zavodda istehsalat prosesində 12 nəfər qazdan zəhərlənib

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.
Hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.
Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
GunAz.az
N.SAFURA
скачать dle 12.1

Şərhlər