SON DƏQİQƏ
» » İşləməyən "Milliön"lər sərnişinləri bezdirib

İşləməyən "Milliön"lər sərnişinləri bezdirib

Tarix:

4-11-2019, 13:47

/ 1 371 dəfə oxundu.
İşləməyən "Milliön"lər sərnişinləri bezdirib

 

Bu milli ödəmə məntəqəsi Bakının Azadlıq  prospektində milyonerlər məhləsi deyilən  əraziyə yaxın dayanacaqda  quraşdırılıb. İl uzunu  çox vaxt işləmir, ya da xırda pullar torbaya düşür, geri qayıtmır. Məsələ burasındadir ki, pul nə karta yüklənir, nə də vətəndaş öz pulun geri  ala bilir. Dilsiz ağızsız dəmiri vurub qırsaq , o dəqiqə polislərimiz tökülüşüb bizi yun çubuguyla döyər. Gunaz.az saytına bu haqda beş ay əvvəl  tənqidi fikirlərimi yazmışdım
. Əl telefonuma bir xanım zəng edib mənimlə nəzakətlə danışdı və bildirdi ki ustaları göndərmişik, amma o yazını  zəhmət olmasa silin.Biz də bildirdik ki, yaxşı işləyin, sərnişinlər narazı qalmasın ,biz də tərif yazaq.  Xanım.bildirdi ki tezliklə həmin ödəmə məntəqəsini düzəldəcəklər. Bir müddət dillənmədim.
Bir necə aydan sonra həmin yerdə kartıma xırda pul yükləmək istədim. Düzünü deyim ki, cibimdə cəmi 80 qəpik pulum var idi. Şəkildə gördüyünüz kimi xırda pullar atılan yerə mıx vurmuşdular. Həmin yerlə üzbəüz dayanacaqda isə ödəmə  məntəqəsi heç  əvvəldən quraşdırılmamışdı.
Bir dayanacaq məsafəni piyada gəldim.,növbəti ödəmə kartı da işləmirdi. O da işləyib - qusmaya tutulmuşdu. Cansız dəmirləri də  elə bil rüşvətə öyrədiblər .Ozüdə hər axşam iki nəfər bığsız usaqlar  bağlı avtomobillə gəlib dolu torbaları dəyişib boşları ilə əvəz edirlər..Oz aramısdır, hərəsi bir xışma ciblərinə qoysa iki kq ətin pulu edirki. Onsuzda hər nazir iki milyard cırpışdırırsa ,bu binəvalar bir xışma pul ogurlasalar,  kimin əskiyi çıxacaq ki. Onsuzda hamı çırpişdirmağa öyrədilib. Gərək aldıgın pensiya da kişi pulu edə də.
Hə, nə başınızı ağrıdım.
Yenidən bir dayanacaq yolu da qət elədim.  Birdən yadıma düşdü ki, axı piyada gəzməyin insan orqanizminə  çox xeyiri var. Axı həkimlər də deyir ki, yemə, icma, acıq havada gəz.
Amma baxır necə.
7 kiloqramliq çantamı nə qədər piyada aparım ki qollarıma zor düşməsin. Axı mən ikinci dərəcəli əliləm.
Fikirləşirəm ki bu qədər sosial problemlərin olduğu bir vaxtda  həmişə gecikən basabas avtobuslarda insanlar bir-birinə  necə də mehriban  yanaşırlar.
Allah xalqımızı qorusun,  köməyinizdə olsun.
Rauf İlyasoğlu

GunAz.az

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ