SON DƏQİQƏ
» » Million ödəmə aparatları da rüşvətə öyrədilib

Million ödəmə aparatları da rüşvətə öyrədilib

Tarix:

16-07-2019, 08:04

/ 2 751 dəfə oxundu.
Million ödəmə aparatları da rüşvətə öyrədilib

 

Hüseyn Cavid prospektindəki dayanacaqda quraşdılmış Million ödəmə məntəqəsində kartı yükləmək istədim.  Aparat 1 manat pulumu uddu , amma kartıma həmin məbləg yüklənmədi.
Onu da qeyd edim ki hər dayanacaqda  million məntəqəsi quraşdırılmayıb.
Vətəndaşlar bir necə km yolu qət edərək novbəti aparata yaxınlaşıb kartlarını  yükləyirlər . Rus demişkən bezbilet getsən, həmin an təzə avtobus surücüləri səni salondan yerə tullayarlar . Cünki məmurların tapşırıgı belədir. Axı suruculər bez bilet sərnisin daşısalar,  mudiriyyət onların maaşlarından tutacaqdır . Surucudə günahı görmürəm.
Məcbur olub kartımı yükləmək üçün bir necə dayanacaq axtarıram . 
Million odəmə məntəqəsi işləyəndə sevinirəm . Sonra qarşı tərəfdəki Million ödəmə məntəqəsinə  yaxınlaşıb 50 qəpik yükləsəm də,  bu aparat da pulumu udur.. Yəni xırda pullar bir başa kisəyə dolur ,nə qədər qurtdalasam da xeyiri yoxdu. Nə yaxşı ki, kartımda bir gedişlik pulum var idi. Özümü bir təhər evə çatdırıram. 
Fikirləsirəm ki bu ödəmə məntəqələrini də dələduzluga öyrədiblər . Qaynar xəttə zəng etsək də cavab verən olmur.  .
Hər gün bu ödəmə məntəqələri yüzlərlə vətəndaşı açıqca soyur, talayır ,pulunu havayı yeyir .Nə qədər insanlar aldanır. 
Gorəsən bu pullardan xeyriyyə məqsədi üçün də istifadə edilirmi? 
Əlbətdəki ,gediş haqqının qaldirılması millət vəkillərimizin təbirincə desək, vətəndaşların büdcəsinə bir o qədər də təsir etmir. Yalancının Zəngilanlılar demişkən agzına qəyə. 
219 manat pensiyaya ümidini bəsləyən təqaudcülər, əlillər ərzaq yeyinti məhsullarının bu qədər qalxdıgı bir dovrdə  özlərinin saglamlıgı qeydinə necə qalsınlar, bəs ailələrini  necə dolandirsınlar ? 
Hələ geyim kecimi, toy və yas mərasimlərini yola verməyi demirəm . 
Əlbətdəki millət vəkilləri duz deyir . Axı onlar şəhər marsrutlarından istifadə edirlərmi? 
Onları ancaq tədbirlərdə gormək olur. Şəkil cəkdirib tez də iclasa gedirəm deyə aradan çıxırlar .
Şair dostum  Oqtay Rzanın bir tədbirdə dediyi söz  yadıma düşdü : Bu çxıs edib tez icazə alan deputatın dalınca düşəcəyəm, gorüm nə işi var . 
Məmurlar, deputatlar hec olmasa ayda iki dəfə  əgər şəhər nəqliyyatından müntəzəm istifadə etsələr, əhalinin çətinliklərini  başa düşər, dərd - sərinə yanar, heç olmasa milli məclisdə söz deməyə sözləri olar . Yoxsa bekarcılıqdan  nə  qədər deputatımizın televiziya ekranından mürgülədiyinin şahidi oluruq . 
Mövzudan uzaqlaşmayaq. 
Hər axşam pul yıgan inkasatorlar hər million  məntəqəsindən bir torba xırda pulları çıxardaraq xozeynlərinə çatdırır, onlar da xirda xirda  xırıd edərək manat və qəpikləri  dollara çevirirlər? 
Bəlkə də bu aparatları qəstdən düzəltmirlər ki, bu işə məsul şəxslər  hər gecə topladıqları pulları rahat mənimsəyə bilsinlər ?  
Rauf İlyasoglu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ