SON DƏQİQƏ

Sərnişinlərin "Milliön" problemləri

Tarix:

28-09-2018, 18:35

/ 10 380 dəfə oxundu.
Sərnişinlərin "Milliön" problemləri

 

Şəkildə gördüyünüz bu yer Azadlıq prospektində sökülüb, yerində yaşayış binası tikilmiş “İzmir” (əvvəlki adı “Mir”) kinoteatrının qarşısındakı avtobus dayanacağıdır. Vaxtilə quraşdırılmış “million” aparatı bir neçə gündür ki, sökülmüş, yerində isə məftili görsənir.

Sərnişinlər qarşıdakı dayanacağa keçərək kartlarını yükləyirlər. Digər dayanacaqda isə million aparatı yerli-dibli olmayıb. Çox vaxt bu “milliön” aparatı da işləmir, işləyəndə də pulu “yeyir”, amma karta yüklənmir. Nəticədə narazılıq yaranır. Bu məsələni araşdırmaq, gedib gəlmək üçün iki dəfə artıq pul xərcləmək lazımdır.

Gün ərzində nəzarətçilər “milliön” aparatına yüklənmiş dolu torbadakı pulları götürüb, boş torbalarla əvəz edirlər. Bu pullar hara gedir, nəyə xərclənir, onunla işimiz yoxdur. Ancaq vətəndaşları düşündürən əsas məsələlərdən biri million aparatlarının düz işləməsi və avtobusların vaxtlı-vaxtında xəttə buraxılmasıdır. İnsafən deyək ki, 8, 88 nömrəli avtobuslar vaxtında sərnişinlərin xidmətində dayanır. 6 nömrəli avtobusları isə gözləməkdən gözümüzün kökü saralır. Bu avtobuslar gələndə də sıxlıqdan salona keçmək mümkün olmur. Qiymətlərin 30 qəpiyə qaldırılması isə 200 manata qədər pensiya, təqaüd, maaş alan vətəndaşların ailə büdcəsinə çox mənfi təsir göstərir. Hansı ki, vaxtilə əlillər, müharibə veteranları şəhər nəqliyyatından pulsuz istifadə edirdilər.

Biz jurnalistlər də marşrut qiymətlərinin Tarif Şurası tərəfindən qaldırılması ilə əlaqədar çətin duruma düşmüşük. Çünki çətin durumda yaşayan dövlətdən maliyyələşdirilməyən jurnalistlər, qəzet redaktorları kağızın qiymətinin qaldırılması ilə əlaqədar qəzetləri vaxtında nə çap etdirə bilirlər, nə də bahacıllıqdan tədbirlərə gedə bilirlər.

Sərnişinlərin yaxın yolunu uzaq məsafəyə salan və bütün şəhəri fırlanan avtobusların marşrut xəttini tənzimləyən əlaqədar təşkilatlar bu haqda ciddi düşünməli və insanların rahatçılığını təmin etməlidirlər.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər