
Belə bir vəziyyətdə milli birlik mexanizmi də daha həssas və çoxşaxəli olmalıdır.
Bu birliyi pozmaq istəyən qüvvələrin də mövcudluğunu nəzərə aldıqda milli birlik mexanizmini yaratmaq daha da çətinləşir. Amma bu tamamilə mümkündür! Bunu necə etməyin yolları nəzəri cəhətdən tamamilə aydındır. Nəzəri olaraq hazırlanacaq o mexanizmin həyata keçməsi üçün mövcud olan bütün sosial təbəqələri hazırlamağa ehtiyac var. Təkcə milli ideologiya konsepsiyası hazırlamaqla bu iş həll oluna bilməz. Bu konsepsiyanı hazırlamaqdan əvvəl də, sonra da görüləcək xeyli işlər vardır. İndiki vaxtda hər sahədə uğur o zaman qazanılır ki, kompleks tədbirlər görülür və idarə edilən obyektin öz daxili potensialı hərəkətə gətirilir.