SON DƏQİQƏ
» » Keşlə sakinlərinə SEVİNDİRİCİ XƏBƏR - 10 avtobus xəttə buraxılır

Keşlə sakinlərinə SEVİNDİRİCİ XƏBƏR - 10 avtobus xəttə buraxılır

Tarix:

29-10-2019, 14:29

/ 488 dəfə oxundu.
Keşlə sakinlərinə SEVİNDİRİCİ XƏBƏR - 10 avtobus xəttə buraxılır

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək.

Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni "İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ