SON DƏQİQƏ
» » Bakıya 16 yeni avtobus gətirildi - Avqustda daha 300 avtobus gətiriləcək

Bakıya 16 yeni avtobus gətirildi - Avqustda daha 300 avtobus gətiriləcək

Tarix:

6-07-2019, 19:41

/ 1 365 dəfə oxundu.
Bakıya 16 yeni avtobus gətirildi - Avqustda daha 300 avtobus gətiriləcək

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.

GunAz.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində ötən dövrdə daşıyıcılar tərəfindən 200 ədədə yaxın müasir avtobus gətirilərək istismara verilib. Sərnişindaşıma sahəsində sahibkarlar üçün yaradılan imkanlardan istifadə edərək yeni sərnişin avtobusları gətirilib. Nazirlər Kabinetinin tələblərinə uyğun olan avtobuslar 46 nömrəli müntəzəm marşrut üzrə istismara veriləcək. Qarşıdakı aylarda bu xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq. “İsuzu Citibus” markalı 16 avtobus "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ