SON DƏQİQƏ
» » Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Tarix:

28-10-2019, 20:09

/ 630 dəfə oxundu.
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

GunAz.az xəbər verir ki, tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ