SON DƏQİQƏ

Zakir Həsənov Rusiyaya gedəcək

Tarix:

4-06-2018, 11:24

/ 10 313 dəfə oxundu.
Zakir Həsənov Rusiyaya gedəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Gunaz.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunacaq.

скачать dle 12.1

Şərhlər