SON DƏQİQƏ
» » “Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

Tarix:

26-10-2019, 18:08

/ 920 dəfə oxundu.
“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəsdəyilə "Turan Araşdırma Mərkəzi" İB "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!"  layihəsi çərçivəsində növbəti tədbirini Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərlə keçirib.

Görüşdə çıxış edən  "Turan Araşdırma Mərkəzi" İB-nin sədr müavini iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl  çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib. Bildirib ki, bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərməsi önəmlidir.

Şair, publisist, sosioloq alim, professor Əhməd Qəşəmoğlu, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə iştirakçılara ətraflı söz açıblar.

Yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, tarixi romanlar yazmaqda məqsədi tarixi şəxsiyyətlərin, xalq qəhrəmanları və sərkərdələrimizin əsl gerçəkliyini cəmiyyətə təqdim etməkdir: "Məlum olduğu kimi  müstəqillik illərinə qədər Azərbaycan xalqının qəhrəmanları və sərkərdələrinin yalnız mənfi tərəfləri barədə cəmiyyət məlumatlandırılıb. Yaxud, onların müsbət tərəfləri bədii vasitələrlə mənfi obraza salınaraq xalqa təlqin edilib. Nəticə etibarilə xalq öz qəhrəmanı, sərkərdəsinə hər zaman mənfi yöndən yanaşıb. Yetişməkdə olan gənc nəsl özünü həmin qəhrəmana, sərkərdəyə bənzətmək əvəzinə ona sonsuz nifrətlə yanaşıb. Təbii ki, bu da keçmiş Sovet ideologiyasına xidmət edən bir siyasət idi. Çünki həmin qəhrəman və sərkərdələrin müsbət obrazda, vətənpərvər kimi cəmiyyətə təqdim edilməsi nəticə etibarilə gələcək nəsilləri məhz həmin tarixi şəxsiyyətlərdən ibrət götürməsi, özünü ona oxşatması ilə müşahidə edilə bilərdi. Ona görə də 70 illik Sovet hakimiyyəti dövründə Attila, Nadir şah, Əmir Teymur, Təhmasib şah, Sultan Apl Arslan kimi tarixi şəxsiyyətlər bir qayda olaraq cəmiyyətə, yetişməkdə olan gənc nəslə qaniçən, zalım biri kimi təqdim olunurdu ki, onlara qarşı ümumilikdə xalqın bir nifrət hissi formalaşsın. Lakin tarixi şəxsiyyətlərə yeni baxış nəticəsində "Əmir Teymur-Dünyanın hakimi", "Əmir Teymur-Zirvəyə doğru", "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan" kimi tarixi əsərlər ərsəyə gəldi ki, hazırda həmin romanlar gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində əhəmiyyətli rol oynayır. Çünki bir vaxtlar həmin tarixi qəhrəmanlarımıza nifrətlə yanaşan gənclik artıq özünü bu dahi şəxsiyyətlərə bənzətməyə çalışır. Başqa sözlə,  gənclərimiz bu tarixi sərkərdələrimizdən vətənpərvərliyin necə  olduğunu öyrənmiş oldu". Vətənin  sabahı bu gün yetişdirilən gənclərdən, onların məfkurəsindən, xalqına və vətəninə nə dərəcədə bağlılığından asılıdır deyən  Yunus Oğuz tarixi mövzuda yazdığı əsərlərində vətənpərvərlik  mövzusunu daim diqqətdə saxladığını deyib.

Şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu da layihənin əhəmiyyətindən danışıb və müharibə şəraitində olan dövlətimizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu ruhda böyüdülməsinin zəruriliyindən danışıb. O, 2016-cı ilin aprel döyüşlərindən sonra gənclər arasında vətənpərvərlik hisslərinin daha da artdığını söyləyib: "Bununh əyani sübutu bu gün bu torpaqda, Aprel döyüşlərinin bizə ərməğan etdiyi Cocuq Mərcanlı kəndində olmağımızdır. Haqlı olaraq günümüzdə Cocuq Mərcanlı bizim qürur mənbəyimiz hesab olunur.". Əhməd Qəşəmoğlu deyib ki, Cocuq Mərcanlı bizim işğal altında olan digər ərazilərimizə açılan qapı, gedən yoldur və tezliklə erməni işğalı altında olan digər ərazilərimiz də düşməndən azad olunacaq.

Çıxışlardan sonra Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər İsmayılovun həyata keçirilən layihə çərçivəsində çap edilmiş "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" olmaqla bir sıra əsərləri və yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu kitablar hədiyyə edilib.

Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini  təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən  videoçarx nümayiş etdirilib, iştirakçılara  bukletlər, braşuralar, videomateriallar paylanılıb.

Qeyd edək ki,  TAM-ın  "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihəsi, Vətənə məhəbbət, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır. Eyni zamanda insanlarımıza Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələrin Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmələrini aşılamaqdır.

Bu baxımdan insanlarımıza bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycanın, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilməsini, müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsi olduğunu və ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycan ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinin önəmini bir daha təbliğ etməkdir.

 

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

“Turan Araşdırma Mərkəzi” İB Cocuq Mərcanlıda sakinlərlə görüşüb

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ