SON DƏQİQƏ
» » Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!

Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!

Tarix:

2-09-2019, 21:22

/ 1 291 dəfə oxundu.
Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!

GunAz.az “Turan Araşdırma Mərkəzi” İB-dən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB-də olmuşdur.

TAM-ın qalib gəlmiş " Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı tədbirlərin keçirilməsi layihəsi, Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

Məlumatda deyilir ki, tarixə nəzər salsaq görərik ki, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələr Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmişlər. XIX əsrin əvvələrindən başlayaraq məqsədli şəkildə Qafqazda məskunlaşdırılan ermənilər, “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarını reallaşdırmaq arzusu ilə Türkiyə və Azərbaycan əleyhinə çirkin kampaniyalar aparmış və Qafqaza hakim olmaq istəyən dövlətlərin havadarlığı ilə azərbaycanlılara qarşı kütləvi qətillər və soyqırım aktları törətmək cəhdlərindən belə əl çəkməmişlər. XX əsr boyu ermənilərin azərbaycanlılara qarşı Qafqazda törətdikləri qırğınlar və çoxsaylı terror aktları onların Azərbaycan torpaqlarında məskunlaşaraq bütövlükdə Qafqazın köklü xalqlarından olduqlarını təsdiq etmək cəhdlərinə əsaslanır.

1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon talan oldu, 1 milyona qədər Azərbaycan vətəndaşı doğma yurdlarından didərgin salındı. SSRİ-nin 366 motoatıcı alayı hesabına Azərbaycan ərazilərinin işğal edən erməni hərbi birləşmələri hələ də ölkəmizə qarşı işğalçılıq siyasətindən əl çəkmir. Ermənilərin Azərbaycan xalqının qan yaddaşına həkk etdikləri “Xocalı soyqırımı” dünyada baş vermiş ən dəhşətli soyqırımlardan biri kimi erməni xalqının insanlıq adına bir ləkə olduqlarını bir daha sübut etdi.

Bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsinə ətrafında sıx birləşərməsi önəmlidir.

TAM "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" adlı layihənin icrasına cari ilin sentyabr ayının 01 dən start verir və 01 dekabıradək Lənkəran rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, Cocuq Mərcanlı kəndində və hərbi hissədə keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, QHT Şurasının layihəsi çərçivəsində professor Əjdər Tağıoğlunun (İsmayılov) erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək “Böyük Armeniya” uydurması ilə əlaqədar qaldırdıqları iddiaları alt-üst edən “Qədim Ön Asiya və Ön Qafqaz Türk Tayfaları” elmi əsəri yenidən çap edilərək oxucuların ixtiyarına veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ