SON DƏQİQƏ

TAM-ın Qubada növbəti tədbiri keçiriləcək

Tarix:

10-10-2018, 12:13

/ 10 372 dəfə oxundu.
TAM-ın Qubada növbəti tədbiri keçiriləcək

Tarixini unutma! – TAM-ın Qubada növbəti tədbiri keçiriləcək.

GunAz.az “Turan Araşdırma Mərkəzi” İB-dən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB-də olmuşdur.

TAM-ın qalib gəlmiş "Tarixini unutma!" adlı tədbirlərin keçirilməsi layihəsi, 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrindən bəhs edəcək. Belə ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin azərbaycanlıların düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının vətəndaşlarımızın nəzərinə çatdıracaqdır.

İrəvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin və tərəfdaşlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını içtimaiyyətə bir daha açıqlamaq və eyni zamanda, zaman-zaman Azərbaycan dövlətindən zor gücünə qoparılmış Vətən torpaqlarını tanıdmaqdır.

Tariximizi əks etdirən növbəti tədbir 13 oktyabr 12:00-da Quba Soyqrımı Memorial Kompleksində keçiriləcəkdir.

Tarixsevərlər və media nümayəndələri dəvətlidir.

Tədbirin informasiya dəstəyi ONN və Olaylar İnformasiya Agentliklərinə məxsusdur.

Əlaqə nömrəsi +99450 -310-22-54

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ