SON DƏQİQƏ
» » Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

Tarix:

27-09-2018, 19:07

/ 10 418 dəfə oxundu.
Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

"Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Tarixini unutma" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu və Gəncə" mövzusunda tədbir keçirilib.

GunAz.az xəbər verir ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbirdə çıxış edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında ölkəmizə qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb.

İbrahim Cəfərov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Bundan başqa rektor, gəncləri Azərbaycan tarixində baş verən hadisələri unutmamağa çağırıb.

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, türkçü alim, professor Əjdər İsmayılov qeyd edib ki, tədbirin əsas məqsədi 200 ildən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı hadisələrini geniş auditoriyaya çatdırmaqdır.

Əjdər İsmayılov bildirib ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri xalqımızın düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırımına, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması olub. Bu cür tədbirlərin də məqsədi tariximizi bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq və yaddaşlarda yeniləməkdən ibarətdir.

İctimai Birliyin sədri 1918-ci ildə Qafqaz İslam Ordusunun və komandanı olan Nuru paşanın Gəncəyə gəlişindən, onun xalqımız qarşısında göstərdiyi xidmətlərdən də danışıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Gəncəyə özü ilə bir sevinc də gətirdiyini bildirib. Zəki Öztürk deyib: "İşğal altında çəkilən zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan belə deyirdilər:

Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir."

Konsul Nuru paşanın və Qafqaz İslam Ordusunun gəlişinin azərbaycanlılar arasında böyük bir ümidə səbəb olduğunu qeyd edib. O, Türkiyə ilə Azərbaycanın dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da güclənəcəyini bildirib.

Daha sonra Mərkəzin idarə heyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı "Azərbaycanın tarix və mədəniyyət abidələri Xalq Cümhuriyyətindən öncə və sonrakı dövrlərdə", həmçinin "Qafqaz İslam Ordusu və Gəncə" mövzularında çıxış ediblər.

Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

 

Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

 

Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

 

Aqrar Universitetdə “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda tədbir keçirildi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ