SON DƏQİQƏ

Oktyabr niyə isti keçir? - Açıqlama

Tarix:

25-10-2019, 13:17

/ 631 dəfə oxundu.
Oktyabr niyə isti keçir? - Açıqlama

Bu il oktyabr ayı həm keçən ilə nisbətən, həm də normaya nisbətən isti keçir.

Bu sözləri GunAz.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. O bildirib ki, hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün xarakterik deyil:

“Bütün dünyada Ümumdünya Meteorologiya Təşkilatının 1961-1990-cı illərə aid olan məlumatlarına əsasən, ölkə ərazisində müşahidə edilən temperatur və yağıntı müqayisə edilir. Azərbaycanda aparılan müşahidələr göstərir ki, bu il oktyabr ayında normaya nisbətən 2-3 dərəcədə yüksək temperatur qeydə alınıb. Yəqin ki, bu, oktyabrın son günlərində orta aylıq temperatur barədə hesabat hazırlandıqda bu statistika orada öz əksini tapacaq. Çünki bu tip hava kütlələri oktyabr ayı üçün deyil, may və sentyabr üçün səciyyəvidir. Bundan başqa yağıntıların da miqdarı normadan xeyli az müşahidə edilir. Bu da öz növbəsində müəyyən mənada həm kənd təsərrüfatına, həm də insan sağlamlığına təsirsiz ötüşməyəcək”.

M.Həsənov temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daha çox daxil olması və onların ölkə ərazisində hakimlik etməsi ilə əlaqələndirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ